Bergamo brendi öz adını və ruhunu İtaliyanın zəngin mədəniyyətindən, estetik baxış bucağından və detallara verdiyi önəmdən alır. Mətbəx evin qəlbidir — məhz bu səbəbdən hər bir məhsulumuz zərif xətləri və erqonomik quruluşu ilə seçilir.
Bizim üçün dizayn yalnız gözəllik deyil, həm də istifadəçinin gündəlik həyatını asanlaşdıran bir mühəndislik möcüzəsidir. Quraşdırılan sobalardan ən kiçik blenderlərə qədər hər detala İtalyan sənətkarlığı ilə yanaşırıq.
Yüksək tutumlu AirFry funksiyalı sobalar və dəqiq idarəetməyə malik quraşdırılan qaz plitələri.
Professional şirniyyatçılar və həvəskar aşpazlar üçün 1800W+ güclü, tökmə metal korpuslu Stand Mikserlər.
Güclü ətçəkənlər, multifunksional şirəçəkənlər, qəhvə maşınları və vakuum təmizləyicilər.
Bergamo məhsulları premium seqmentin tələblərinə uyğun olaraq, ən yüksək standartlarla hazırlanır.
Professional davamlılıq üçün tam metal dişli çarx sistemləri.
Uzunömürlü paslanmaz polad bıçaqlar və komponentlər.
LED ekranlı smart idarəetmə panelləri ilə dəqiq kontrol.
Hər məhsul uzunömürlülük testlərindən keçir və illərlə dəyişməz performans vəd edir.
Hər bir istifadəçiyə öz mətbəxində özünü şef-aşpaz kimi hiss etdirmək. Bergamo ilə hazırlanan hər bir yemək, dəmlənən hər bir qəhvə İtalyan keyfiyyətinin bir hissəsidir.
BİZİMLƏ ƏLAQƏMəhsullarımızla bağlı suallarınız var? Məlumatlarınızı qeyd edin, dərhal geri dönüş edək.